Gündəm · Globalinfo.az

Zaqatalaya güclü leysan və dolu yağdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaqatalaya güclü leysan və dolu yağdı xəbəri üçün şəkil
FEKE’DE FINDIK BÜYÜKLÜĞÜNDE YAĞAN DOLU YAĞIŞI EKİLİ ALANLARI VURDU YOLLARDA TAŞKIN OLUŞTU (FARUK YİĞENOĞLU/ADANA-İHA)

Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır.

Oktyabrın 23-ü axşam saatlarında qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon ərazisində bir saatdan artıq davam edən güclü leysan yağıb.

Yağıntılar nəticəsində dağ çaylarında suyun səviyyəsinin artdığı bildirilir.

Rayonun Yuxarı Tala kəndində isə təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu yağıb.

İlkin məlumata görə, dolu şəxsi təsərrüfatlarda ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurub.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑