Gündəm · Globalinfo.az

Bakıda ilk kazinonun açılış tarixi bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda ilk kazinonun açılış tarixi bəlli oldu xəbəri üçün şəkil

İlk kazino – “Royale Casino” 2027-ci ilin may ayında Bakıda “Sea Breeze” də açılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Vesti.az “Sea Breeze”in sahibi və təsisçisi, xalq artisti Emin Ağalarova istinadən məlumat yayıb.

“Royale Casino”nun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq”, – deyə Ağalarov bildirib.

90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” kompleksinin daxilində süni yarımadada tikilir. Binanın ümumi hündürlüyü 35 metr olacaq: Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəz isə əlavə 15 metr.

Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya 21 yaşdan aşağı şəxslərin girişi qadağan ediləcək.

Kazinoda həmçinin konsert zalı, barlar, restoranlar və kafelər, eləcə də 1500 oyun avtomatı yerləşəcək. “Royale Casino” Avropanın ən böyük kazinosu olmaq potensialına malikdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑