Gündəm · Editor.az

Kreml atəşkəsi təsdiqlədi – Rusiya və Ukrayna hərbçiləri hərəkətə keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kreml atəşkəsi təsdiqlədi – Rusiya və Ukrayna hərbçiləri hərəkətə keçdi xəbəri üçün şəkil

Rusiya və Ukrayna arasında Xerson vilayətinin Alyoşki şəhərində müvəqqəti atəşkəsin tətbiqi ilə bağlı razılaşma əldə olunub.

Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 23-də Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, hazırda hər iki ölkənin hərbi rəsmiləri atəşkəsin qüvvəyə minəcəyi vaxtı və onun həyata keçirilməsi qaydalarını razılaşdırırlar.

Atəşkəsin məqsədi Alyoşkidə humanitar əməliyyatın həyata keçirilməsinə, mülki əhaliyə yardım çatdırılmasına və şəhərdən çıxmaq istəyən sakinlərin təxliyəsinə şərait yaratmaqdır.

Kreml rəsmisi qeyd edib ki, humanitar əməliyyat geniş və mürəkkəb hazırlıq prosesi tələb edir. Bu prosesdə müxtəlif qurumların nümayəndələri iştirak edirlər.

Peskov ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın humanitar əməliyyatın əlaqələndirilməsində mühüm rol oynadığını da açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Melaniya Trampın səylərini yüksək qiymətləndirir. Əməliyyatın hazırlanmasında Rusiya və Ukraynanın insan hüquqları üzrə məsul şəxsləri də böyük iş görüblər.

Kremlin sözçüsü humanitar əməliyyatın konkret təfərrüatlarını açıqlamaqdan imtina edib.

Peskov vurğulayıb ki, Rusiya Ukrayna ilə ABŞ arasında davam edən hərbi əməkdaşlıq məsələsini humanitar əməliyyatların həyata keçirilməsindən ayrı qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑