Dünya · Globalinfo.az

Yaxın Şərqdə vəziyyət gərginləşir: Misir də müharibəyə qoşula bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaxın Şərqdə vəziyyət gərginləşir: Misir də müharibəyə qoşula bilər xəbəri üçün şəkil

Misir Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, krallığın müdafiəsi üçün hərbi addımlar atmağa hazır olduğunu bəyan edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qahirə bu ölkənin suverenliyini öz milli təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir.

Misir prezidenti qeyd edib ki, Ər-Riyaddan müvafiq müraciət daxil olacağı təqdirdə, parlamentin növbədənkənar iclasını çağıraraq zəruri tədbirlərin təsdiqlənməsini istəyəcək.

“Biz Səudiyyə Ərəbistanını müdafiə etmək üçün bütün zəruri addımları atacağıq. Əgər bunu xahiş etsələr, müvafiq tədbirlərin təsdiqlənməsi üçün parlamenti növbədənkənar iclasa çağıracağam”, – deyə əs-Sisi vurğulayıb.

Bununla belə, Misir lideri ölkəsinin müharibəyə qoşulmaq və ya hər hansı dövlətə hücum etmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Qahirənin məqsədi yalnız Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək verməkdir.

Əs-Sisi Misir, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin milli təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. O, Qahirənin krallığın təhlükəsizliyinə və sərhədlərinə yönələn təhdidlərə qarşı mövqeyinin qəti olduğunu bildirib.

Misir prezidenti, həmçinin Qırmızı dənizdə gəmiçiliyə qarşı təhdidlərə etiraz edərək, regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑