İran Hörmüz boğazının açılması və normal dəniz nəqliyyatının bərpası ilə bağlı yeddi günlük planı ABŞ-yə təqdim edib və Vaşinqtonun cavabını gözləyir.Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, İran son iki il ərzində xoş niyyətlə danışıqlar aparsa da, hər dəfə diplomatik proses əvəzinə hərbi hücumla üzləşib. Onun sözlərinə görə, bu, etibarlı təminatlar olmadan danışıqları bərpa etməyə münasibətdə dərin etimadsızlıq yaradıb.
Bununla belə, Əraqçi İranın dialoqa açıq qaldığını vurğulayıb. O bildirib ki, Qətər vasitəsilə konkret yeddi günlük plan təqdim edilib və zəruri şərtlər təmin olunarsa, boğaz yenidən açıla, normal dəniz nəqliyyatı isə yeddi gün ərzində bərpa edilə bilər.
“İndi seçim ABŞ-nin qarşısındadır”, – deyə nazir əlavə edib.






