İordan çayının qərb sahilində məskunlaşan bir qrup israilli Avropa diplomatik nümayəndə heyətinin üzvlərinə hücum edib. Hadisə zamanı diplomatik missiyaya məxsus avtomobilə ziyan vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Hadisə Fransa, Belçika və Polşadan olan diplomatların İordan çayının qərb sahilində yerləşən Taybeh yaşayış məntəqəsinə səfəri zamanı baş verib.
Məlumata görə, kvadrosikllərlə hərəkət edən və üzləri maskalı yeddi nəfər diplomatik nümayəndə heyətinin avtomobilinin qarşısını kəsib, onlardan sənədlərini göstərməyi tələb edib. Hücum edənlər daha sonra Belçika konsulluğuna məxsus avtomobilin şüşəsini sındırıblar.
İsrail Müdafiə Ordusu hadisəni pisləyib. Hücumun bütün hallarının araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən istintaqa başlanılıb.
https://t.co/dw6jXzsBiJ
— Новости (@gulnarazeynal) October 17, 2026
Əliyar Xəlil





