Dünya · Globalinfo.az

Vuçiçdən Putin və Zelenski ilə bağlı vacib proqnoz

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vuçiçdən Putin və Zelenski ilə bağlı vacib proqnoz xəbəri üçün şəkil

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu ölkə prezidenti Aleksandar Vuçiç deyib.

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Serbiyanın bu mövqeyinin Avropa İttifaqı və dünya üçün mühüm mesaj olduğunu vurğulayıb.

Rusiya–Ukrayna münaqişəsinin nizamlanmasından danışan Vuçiç sonda Prezident Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenskinin danışıqlar masasına əyləşəcəyini düşündüyünü açıqlayıb.

“İnsanların Valeri Zalujnının, Fyodorovun və ya başqa bir şəxsin seçkilərdə Zelenskini asanlıqla məğlub edə biləcəyini düşünməsinə baxmayaraq, mən buna inanmıram. Hesab edirəm ki, danışıqlar masasına məhz Putin və Zelenski əyləşəcəklər. Lakin həmin vaxt onlardan birinin mövqeyi əhəmiyyətli dərəcədə üstün olacaq”, – deyə Vuçiç vurğulayıb.

Serbiya prezidenti danışıqlar zamanı hansı liderin daha üstün mövqeyə malik olacağını açıqlamayıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑