Dünya · Globalinfo.az

Ukrayna gecə saatlarında dəhşət saçdı: Ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna gecə saatlarında dəhşət saçdı: Ölənlər var xəbəri üçün şəkil

Rusiyanın Belqorod vilayətində mülki mikroavtobusun pilotsuz uçuş aparatının hücumuna məruz qalması nəticəsində üç nəfər həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Şuvayev teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Rakityanski rayonunun Soldatskoye kəndi yaxınlığında baş verib. Qubernator hücumun Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı tərəfindən məqsədli şəkildə həyata keçirildiyini iddia edib.

Bildirilib ki, mikroavtobusda olan üç nəfər – bir kişi, bir qadın və 8 yaşlı uşaq aldıqları xəsarətlərdən təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatana qədər dünyasını dəyişib.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑