Dünya · Globalinfo.az

İran müharibəsi, benzin qiymətləri və seçkilər: Tramp nə dedi?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran müharibəsi, benzin qiymətləri və seçkilər: Tramp nə dedi? xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin aralıq seçkilərinə təsiri, demokratlarla münasibətlər və seçkilərin nəticələri barədə danışıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu fikirləri seçkilərin nəticələrini şərh edərkən jurnalistlərə açıqlamasında səsləndirib.

ABŞ lideri bildirib ki, onun adı seçki bülletenlərində yer alsaydı, respublikaçılar qalib gələrdilər.

Tramp İranla müharibənin seçkilərə təsir göstərəcəyini əvvəlcədən proqnozlaşdırdığını deyib. O, demokratlarla razılığa gəlməyin mümkün olduğunu, qarşı tərəfin bəzi məsələləri müzakirə etmək üçün artıq əlaqə saxladığını və bunu müsbət addım hesab etdiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, İranla müharibə qısamüddətli dövrdə benzinin qiymətinin müəyyən qədər artmasına səbəb olub. Bununla belə, Tramp eyni qərarı yenidən vermək imkanı olsaydı, yenə də İranla bağlı həmin addımı atacağını bildirib. O, müharibə səbəbindən neft qiymətlərinin daha çox yüksələcəyini gözlədiyini də qeyd edib.

Tramp İranın nüvə silahına sahib olmasına yol verilməməli olduğunu və ABŞ-ın bu məsələdə başqa seçiminin olmadığını söyləyib. O, həmçinin ABŞ-ın İranın hərbi imkanlarını məhv etdiyini və Hörmüz boğazının açıq olduğunu iddia edib.

ABŞ Prezidenti demokratların Nümayəndələr Palatasında respublikaçılarla fikir ayrılığı yaranacağı təqdirdə veto səlahiyyətindən istifadə edə biləcəklərini də bildirib.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑