Dünya · Azxeber.com

Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib xəbəri üçün şəkil
Ermənistan İstintaq Komitəsi "Güclü Ermənistan" müxalifət partiyasının lideri Samvel Karapetyan da daxil olmaqla, doqquz nəfərin həbsinə dair vəsatəti məhkəməyə göndərib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama verib.
Bildirilib ki, "Ermənistanın Elektrik Şəbəkələri" şirkətində (EŞŞ) ehtimal olunan qanun pozuntuları ilə bağlı cinayət işi çərçivəsində doqquz nəfərin həbs edilməsi üçün məhkəməyə müraciət olunub.
Xatırladaq ki, daha əvvəl şirkətdə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və çirkli pulların yuyulması ilə bağlı aparılan araşdırma çərçivəsində 36 nəfər barəsində ictimai cinayət təqibinə başlanılması barədə qərar qəbul edilib.
İstintaqın məlumatına görə, 2016–2024-cü illərdə şirkətin bəzi rəhbər şəxsləri əsassız kreditlər cəlb edərək vəsaitləri səhmdarlara dividend ödənişlərinə, eləcə də digər təşkilatlara kredit və avansların verilməsinə yönəltməklə səlahiyyətlərindən sui-istifadə ediblər.
Araşdırma çərçivəsində hüquq-mühafizə orqanları yaşayış evləri və şirkət ofisləri də daxil olmaqla, 65 ünvanda axtarış aparıblar.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑