ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında danışıb.
Tramp müharibənin “çox da uzaq olmayan gələcəkdə” sona çatacağını deyib.
Qeyd edək ki, ötən həftə Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Store və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə görüş keçirilib.
Ertəsi gün Uitkoff Sankt-Peterburqa gedərək Vladimir Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı yanaşmaları əks etdirən sənədləri təqdim edib. Rusiya lideri isə ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli məsləhətləşmələri bərpa etməyə hazır olduqlarını bildirib.
Safura Bənnayeva
Globalinfo.az

