Dünya · Konkret.az

Rusiyanın dövlət bazasına böyük kiberhücum: 23 TB məlumat oğurlandı – Müharibə itkiləri də ələ keçirilib? | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın dövlət bazasına böyük kiberhücum: 23 TB məlumat oğurlandı – Müharibə itkiləri də ələ keçirilib? | KONKRET xəbəri üçün şəkil

Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) informasiya sistemlərinə genişmiqyaslı kiberhücum həyata keçirilib. Hakerlər 23 terabayt həcmində məlumat əldə etdiklərini iddia edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, hücumun arxasında “Silent Crow” və “Cyber Partisans” haker qruplaşmalarının dayandığı bildirilir. İddialara əsasən, ələ keçirilən məlumatlar arasında Rusiyanın Ukraynaya qarşı müharibədə verdiyi itkilərlə bağlı informasiyalar da mövcuddur.

Qeyd edək ki, “Kommersant”ın məlumatına görə, noyabrın 1-nə keçən gecə Rosstatın rəsmi internet səhifəsi də haker hücumuna məruz qalıb. Hücum edənlər qurumun federal və regional bölmələrinin səhifələrində müxtəlif mesajlar yerləşdirib, həmçinin hər iki haker qruplaşmasının loqotiplərini paylaşıblar.

Rosstat noyabrın 1-də yaydığı açıqlamada oktyabrın 29-dan etibarən informasiya resurslarına məqsədyönlü kiberhücumlar həyata keçirildiyini təsdiqləyib. Bununla belə, qurum məlumat bazalarının ələ keçirilməsi və qanunla qorunan informasiyanın sızması faktını aşkar etmədiyini bildirib.

Hazırda mütəxəssislər hücumun mənbəyini və həyata keçirilmə üsullarını araşdırırlar.

Günay Əli 

KONKRET.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑