Dünya · Editor.az

Moskvadan Kiyevə sürpriz mesaj: “Zelenski danışmaq istəyirsə, Moskvaya gəlsin”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvadan Kiyevə sürpriz mesaj: “Zelenski danışmaq istəyirsə, Moskvaya gəlsin” xəbəri üçün şəkil

Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuriy Uşakov Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə mümkün təmasları barədə diqqətçekən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Uşakov jurnalistin “Zelenski zəng edərsə, Rusiya lideri cavab verərmi?” sualına cavab verərkən Putinin dialoqa hər zaman açıq olduğunu iddia edib.

“Düşünürəm ki, əlbəttə, cavab verər. Putin heç bir dəfə də Zelenski ilə söhbətdən imtina etməyib”, — deyə Uşakov bildirib.

Rusiya dövlət başçısının köməkçisi həmçinin əlavə edib ki, Ukrayna prezidenti danışıqlar aparmaq üçün birbaşa Moskvaya gələ bilər: “O, müxtəlif mənbələr vasitəsilə siqnallar ötürür. Əgər söhbət etməyi belə çox istəyirsə — qoy gəlsin Moskvaya”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑