Dünya · Globalinfo.az

Trampdan gözlənilməz etiraf: “Hər şey tezliklə başa çatacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan gözlənilməz etiraf: “Hər şey tezliklə başa çatacaq” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda başa çatacağını növbəti dəfə bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Kanzas-Sitidə fəaliyyət göstərən KCMO radiostansiyasına müsahibəsində danışıb.

“Hər şey tezliklə başa çatacaq”, – deyə Tramp bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, ABŞ İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair təminat istəyir.

Tramp həmçinin seçkilər keçirilənədək ABŞ-ın İrana zərbələr endirməyəcəyini bildirib. Lakin münaqişənin nə vaxt başa çatacağı və buna hansı vasitələrlə nail olunacağı barədə konkret açıqlama verməyib.

Qeyd edək ki, Ağ Ev rəhbəri son həftələrdə ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatları tezliklə başa çatdıracağını dəfələrlə bəyan edib. Bununla belə, o, məqsədinə diplomatik yolla, yoxsa hərbi əməliyyatlar vasitəsilə çatmaq istədiyini dəqiqləşdirməyib.

Bundan əvvəl KİV-lər Vaşinqtonun Fars körfəzi ölkəsi olan bir sıra ərəb dövlətlərini ABŞ Konqresinə aralıq seçkilərdən sonra İrana qarşı “qısa və intensiv hərbi kampaniyaya” hazırlaşmaq barədə xəbərdar etdiyini yazıb.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ və İsrailin hərbi qurumları seçkilərdən sonra İrana qarşı zərbələrin bərpası üçün konkret planlar hazırlayıb. Bildirilib ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri Donald Trampın müvafiq əmrini aldıqdan sonra 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırdır.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑