ABŞ Prezidenti Donald Tramp süni intellektlə hazırlanmış, pələnglə güləşdiyi və daha sonra onu qucaqladığı videonu paylaşıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı o, “Truth Social” platformasında kadrlar yayımlayıb.
Tramp əvvəlcə Böyük Britaniyadakı zooparklardan birində pələngin ziyarətçiyə ölümcül hücumunu əks etdirən kadrları paylaşıb.
O, görüntülərə “Təbiətlə zarafat etmək olmaz!” şərhini yazıb.
ABŞ liderinin paylaşdığı növbəti görüntü isə 23 saniyəlik süni intellekt videosu olub.
Kadrlarda Prezident otun üzərində uzanaraq barmağı ilə pələngi hədələyir.
Heyvan ona pəncəsi ilə toxunub uzaqlaşdıqda, Tramp onun arxasınca qaçır və yerə yıxır.
Video Prezidentlə pələngin qucaqlaşması ilə başa çatır.
Safura Bənnayeva
Globalinfo.az



