Gündəm · Globalinfo.az

Tovuzda yaşayış binasında yanğın: Ev sahibi zəhərləndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tovuzda yaşayış binasında yanğın: Ev sahibi zəhərləndi xəbəri üçün şəkil

Tovuzda ikimərtəbəli yaşayış binasında yanğın baş verib, bir nəfər tüstüdən zəhərlənib.

    Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

    Belə ki, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində kənd sakini Kəmalə Qasımovaya məxsus, ümumi sahəsi 100 kvadratmetr olan mənzildə yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.

    Yanğın nəticəsində mənzilin 50 kvadratmetr sahəsi yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə edilib.

    Hadisə zamanı ev sahibi Kəmalə Qasımova tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑