Gündəm · Globalinfo.az

Şəkidə avtomobil ağaca çırpıldı: Sürücü öldü, yaralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şəkidə avtomobil ağaca çırpıldı: Sürücü öldü, yaralılar var xəbəri üçün şəkil

Şəkidə baş verən ağır yol qəzası ölümlə nəticələnib, bir neçə nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 47 yaşlı Afdandil Mirzəyevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Toqquşma nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı xəsarət alan sərnişinlər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilir, müayinələri davam etdirilir. Yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑