Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E.Əlizadə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.

