Gündəm · Globalinfo.az

Balıq tutmağa getmişdi, həyatından oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Balıq tutmağa getmişdi, həyatından oldu xəbəri üçün şəkil

Laçın rayon sakini Ağcabədidə balıq tutarkən boğularaq ölüb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən “Axmaz” adlı gölməçədə baş verib.

Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan, 1974-cü il təvəllüdlü Rafiq Əliyev Muğan oğlu balıq tutmaq üçün gölməçəyə gedib. O, burada suda boğularaq həyatını itirib.

Yaxınlıqdan keçən sakinlər R.Əliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑