ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə dizel yanacağının ABŞ-yə və dünya bazarlarına geniş həcmdə tədarükü ilə bağlı razılaşdıqlarını iddia edib.
Globalinfo.az xəbər verir ki, Tramp Putinlə telefon danışığının nəticələrindən bəhs edərkən bu barədə açıqlama verib.
ABŞ Prezidenti Rusiyanın ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı göndərəcəyini, noyabr ayında isə daha 500 min ton tədarük edəcəyini bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə bu həcmə əlavə 1 milyon ton yanacaq da daxil olacaq.
Tramp, həmçinin Rusiyanın neft emalı zavodlarının vəziyyətini nəzərə alaraq, yaxın müddətdə daha 3 milyon ton dizel yanacağının tədarükünün nəzərdə tutulduğunu qeyd edib.


