Gündəm · Axar.az

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya xəbəri üçün şəkil

Avropa Birliyi Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar kontekstində bunun xüsusi əhəmiyyətini vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) adı açıqlanmayan nümayəndəsi Report-a bildirib.

"Azərbaycan AB üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyə töhfə verir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, AB Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, Avropa Birliyi və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların köməyi də mühüm rol oynayır. Bu, Ukraynanın təcili ehtiyaclarını ödəməyə və onun dayanıqlığını gücləndirməyə kömək edir.

AB-nin xarici siyasət rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, vacib infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusən də qış yaxınlaşdıqca sakinləri qorxutmaq, iqtisadiyyatı sarsıtmaq və ölkənin dayanıqlığını zəiflətmək məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım olaraq daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2,5 milyon manat olub. Buraya transformatorlar, 186 km elektrik kabelləri, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑