Dünya · Globalinfo.az

Türkiyənin keçmiş kəşfiyyatçısının müəmmalı ölümü- Ekspertizanın rəyi açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyənin keçmiş kəşfiyyatçısının müəmmalı ölümü- Ekspertizanın rəyi açıqlandı xəbəri üçün şəkil

Ergenekon işi çərçivəsində həbs olunduğu müddətdə Silivri həbsxanasında vəfat edən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Ekspertiza rəyində Kozinoğlunun travmatik təsir nəticəsində öldüyünü təsdiqləyən hər hansı tibbi sübutun olmadığı bildirilib. Həmçinin onun zəhərlənmə nəticəsində həyatını itirməsi ehtimalını təsdiqləyən dəlillər də aşkarlanmayıb.

Ekspertlərin qənaətinə görə, keçmiş kəşfiyyat əməkdaşının ölümünə ürək xəstəliyi səbəb olub.

İnfarkt nəticəsində öldüyü bildirilən Kozinoğlunun vəfatı ilə bağlı yenidən başladılan istintaq çərçivəsində indiyədək 30 şübhəli barəsində hüquqi tədbirlər görülüb.

Şübhəlilər arasında həmin dövrdə Silivri Respublika Baş prokuroru vəzifəsində çalışmış Ali İşgören, həbsxananın prokuroru olmuş Necip Doğan, keçmiş MİT əməkdaşı Enver Altaylı, eləcə də həbsxana mühafizəçisi və təcili tibbi yardım texnikləri yer alır.

Məlumata görə, iş üzrə ümumilikdə doqquz nəfər həbs edilib.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑