Dünya · Globalinfo.az

Rusiyadan Qərbə ağır zərbə: Avropaya qadağa qoyuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadan Qərbə ağır zərbə: Avropaya qadağa qoyuldu xəbəri üçün şəkil

 

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna ilə bağlı danışıqlarda Avropa ölkələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulmur.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Rusiya və Ukrayna nümayəndələrinin ABŞ tərəfinin iştirakı ilə üçtərəfli danışıqlarının bərpası məsələsini şərh edərkən danışıb.

Uşakovun sözlərinə görə, hazırda yalnız Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların bərpası barədə razılaşma mövcuddur. Avropa nümayəndələrinin bu görüşlərdə iştirakı nəzərdə tutulmayıb.

“İstəsələr bilet alıb ora gedə bilərlər, amma onları danışıqlar masasına dəvət etmək fikrində deyilik”, – Uşakov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında son telefon danışığında avropalıların üçtərəfli danışıqlara qoşulması məsələsinin müzakirə edilib-edilmədiyi barədə suala da mənfi cavab verib.

Qeyd edək ki, daha öncə “The Telegraph” nəşri Avropanı danışıqlarda təmsil edə biləcək beş mümkün namizədin adını açıqlayıb. Onların arasında İtaliyanın Baş naziri Corca Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya lideri Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksen yer alıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Avropa İttifaqının nümayəndəsinin danışıqlara təyin edilməsini Moskvanın dəstəkləyəcəyini bildirmişdi. Bunun üçün həmin şəxsin sülh yolu ilə nizamlanmaya köklənməsi şərtinin vacib olduğunu vurğulamışdı.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin danışıqlar prosesinə daxil olmağa çalışdıqlarını, lakin bu prosesə hansı mövqelərlə qoşulacaqlarının sual doğurduğunu deyib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑