Dünya · Globalinfo.az

Rusiya Xmel­nitski AES-in fəaliyyətini təmin edən yarımstansiyanı vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xmel­nitski AES-in fəaliyyətini təmin edən yarımstansiyanı vurub xəbəri üçün şəkil

Rusiya ordusu Ukraynanın Xmel­nitski Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin sabitliyini təmin edən mühüm yarımstansiyaya üç dronla zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

Nazir bildirib ki, bu cür hücumlar yalnız Ukraynanın deyil, bütün Avropanın nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı genişmiqyaslı hücum zamanı 289 dron, 17 ballistik və 59 qanadlı raketdən istifadə edib. Hücumların əsas hədəfi enerji obyektləri olub.

Şmıqal hadisə barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verildiyini qeyd edib. O, beynəlxalq tərəfdaşları Rusiyanın hücumlarına münasibət bildirməyə çağırıb.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑