Dünya · Globalinfo.az

Yunus Əmrənin yeni şeirləri üzə çıxdı – 60 illik sirr açıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yunus Əmrənin yeni şeirləri üzə çıxdı – 60 illik sirr açıldı xəbəri üçün şəkil

Türk poeziyasının görkəmli nümayəndələrindən Yunus Əmrənin indiyədək məlum olmayan şeirlərini özündə birləşdirən yeni əlyazma nüsxəsi aşkarlanıb. Əlyazmada ümumilikdə 125 şeir yer alır. Onlardan 9-nun Yunus Əmrənin yaradıcılığına aid yeni nümunələr olduğu bildirilir.

Globalinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, nüsxədəki şeirlərin 113-ü Yunus Əmrəyə, digərləri isə Aşıq Paşa, Səid Əmrə və Kayğusuz Abdala məxsusdur.

Yunus Əmrəyə aid 9 şeir indiyədək məlum olan erkən və sonrakı dövr əlyazmalarının heç birində qeydə alınmayıb. Digər 104 şeir isə mövcud qədim və etibarlı nüsxələrlə müqayisə baxımından tədqiqatçılar üçün əhəmiyyət daşıyır.

Yeni əlyazmanın Yunus Əmrənin yaradıcılığının daha dərindən araşdırılması üçün mühüm mənbə olacağı gözlənilir.

Əlyazmanın izinə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc olunmuş müsahibə sayəsində düşülüb. Həmin müsahibədə kitab və əlyazma kolleksiyaçısı Raif Yelkənçi dağınıq vərəqlər şəklində saxlanılan Yunus Əmrə şeirlərindən danışıb və onlardan birinin fotosunu təqdim edib.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑