Dünya · Trend.az

Oman sahillərində tankerə hücum edilib - UKMTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oman sahillərində tankerə hücum edilib - UKMTO xəbəri üçün şəkil

Bakı. Trend:

Oman sahillərində tankerdə insident baş verib. Gəmiyə iki naməlum mərmi düşüb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hadisə Oman sahillərindən 14 dəniz mili şimal-şərqdə, Lima yaxınlığında qeydə alınıb. Mərmilərdən ikisi tankerin mühərrik otağına dəyib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar və ətraf mühitə ziyan barədə məlumat yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑