Dünya · SİA

Zelenskinin keçmiş mətbuat katibi istintaqa cəlb olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin keçmiş mətbuat katibi istintaqa cəlb olunub xəbəri üçün şəkil

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendeli şübhəli şəxs qismində istintaqa cəlb edib. SİA xəbər verir ki, o, hərbi vəziyyət dövründə dövlətə xəyanətdə, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaqda ittiham olunur.

Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan ekspertizalar və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanı beynəlxalq arenada gözdən salıb, eyni zamanda Rusiya hakimiyyətinə və Ukraynaya qarşı genişmiqyaslı müharibəyə haqq qazandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑