Dünya · Globalinfo.az

Nepalda fəlakət: evlər dağıldı, insanlar itkin düşdü – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nepalda fəlakət: evlər dağıldı, insanlar itkin düşdü – VİDEO xəbəri üçün şəkil

Nepalın Qorxa rayonunda baş verən qəfil daşqınlar ciddi dağıntılara səbəb olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Bildirilib ki, fəlakət oktyabrın 11-də səhər saatlarında Budhi-Qandaki çayında qeydə alınıb.

İlkin məlumata görə, dörd nəfər itkin düşüb.

Güclü su axını bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü dağıdaraq aparıb.

Daşqın, həmçinin Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub, bəzi avadanlıqları məhv edib.

Hazırda ərazidə itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Safura Bənnayeva
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑