Dünya · Globalinfo.az

Moskva səmasında təhlükəli anlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskva səmasında təhlükəli anlar xəbəri üçün şəkil

Moskva istiqamətində uçan üç pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Max” messencerindəki kanalında məlumat verib.

Merin sözlərinə görə, dronların düşdüyü ərazilərdə təcili xidmət əməkdaşları işləyir. Hadisə nəticəsində mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl oktyabrın 20-də ölkənin müxtəlif regionları və Qara dəniz üzərində 12 saat ərzində 90 Ukrayna PUA-sının ələ keçirildiyini və məhv edildiyini bildirmişdi.

Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Belqorod, Kursk və Voronej vilayətləri, Krım yarımadası və Qara dəniz üzərində zərərsizləşdirilib.

Hərbi qurum, həmçinin son 24 saat ərzində xüsusi hərbi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinə məxsus 383 təyyarə tipli PUA-nın məhv edildiyini iddia edib.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑