ABŞ nüvə silahının varlığı barədə yalan iddialarla İrana qarşı hərbi addımlarını əsaslandırmağa çalışıb.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Müharibə ABŞ-ın məqsədlərinə çatmasına imkan verməyəcək, əksinə, İrana və bütün regiona zərər vuracaq”, - Pezeşkian bildirib.
O qeyd edib ki, ölkəsi danışıqlara hazırdır, lakin ilk növbədə ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunmalıdır.






