Dünya · Globalinfo.az

Melaniya Tramp: “Oleşkidə atəşkəs zonası genişləndirilib”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Melaniya Tramp: “Oleşkidə atəşkəs zonası genişləndirilib” xəbəri üçün şəkil

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində atəşkəs zonasının genişləndirildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna ilə Rusiya arasında atəşkəs 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə saat 04:00-da qüvvəyə minib.

Melaniya Trampın sözlərinə görə, mülki əhalinin təhlükəsizliyini təmin etmək və zəruri humanitar yardımın çatdırılmasını asanlaşdırmaq məqsədilə atəşkəsin başlanması planlaşdırılandan iki gün əvvələ çəkilib.

“Humanitar karvanların təhlükəsiz keçidini təmin etmək üçün atəşkəs zonası Xerson vilayətindəki Oleşki şəhərinin hüdudlarından kənara genişləndirilib”, – deyə o bildirib.

Qeyd edək ki, Ağ Ev oktyabrın 23-də Rusiya və Ukraynanın Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində oktyabrın 29-dan etibarən atəşkəsə dair razılıq əldə etdiklərini açıqlamışdı.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑