Dünya · Globalinfo.az

Müharibəyə hazırlıq anonsu: Elə bir ölkə hazırlığa başladı ki…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müharibəyə hazırlıq anonsu: Elə bir ölkə hazırlığa başladı ki… xəbəri üçün şəkil

İtaliya ordusunun modernləşdirilməsi çərçivəsində 30 yeni tank və 48 zirehli döyüş maşınının alınması planlaşdırılır. Sifarişin ümumi dəyərinin 3,7 milyard avro olacağı gözlənilir.

Globalinfo.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, hərbi texnikanın İtaliyanın “Leonardo” və Almaniyanın “Rheinmetall” şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal edilməsi nəzərdə tutulur.

Bununla belə, sifarişlə bağlı müqavilələr hələlik rəsmi şəkildə təsdiqlənməyib. Yeni tankların Almaniyanın “Rheinmetall” şirkətinin hazırladığı KF51 Panther modeli əsasında istehsal olunacağı bildirilir.

Bu texnikanın İtaliya ordusunda uzun müddətdir istifadə edilən Ariete tanklarını mərhələli şəkildə əvəz etməsi planlaşdırılır.

Sifarişin digər hissəsini isə hərbçilərin daşınması və döyüş şəraitində qorunması üçün nəzərdə tutulan 48 ədəd Lynx zirehli döyüş maşını təşkil edir. Onların İtaliya ordusunun arsenalında olan Dardo zirehli maşınlarını əvəz etməsi gözlənilir.

Məlumata görə, yeni sifariş əvvəllər alınması nəzərdə tutulan 21 ədəd Lynx zirehli maşınına əlavə edilə bilər. Bu addım İtaliyanın quru qoşunlarının modernləşdirilməsi proqramının genişləndirilməsinə imkan verəcək.

Müqavilələrin rəsmiləşdirilməsi halında, bu sifariş Panther platformasının yeni nəsil versiyası üçün ilk istehsal sifarişi olacaq.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑