Dünya · Publika.az

İraq sahillərində tanker yandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İraq sahillərində tanker yandı xəbəri üçün şəkil

İraq sahillərində tankerdə yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, İraqın Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə yerləşən tankerdə yanğın baş verməsi ilə bağlı üçüncü tərəf mənbələrindən çoxsaylı məlumatlar daxil olub.

Hazırda ekipaj üzvlərinin vəziyyəti, tankerə dəyən ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri barədə məlumat yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑