Misir parlamenti Yəməndə husilərin hücumlarının intensivləşməsi fonunda Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi imkanını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, qərarın Qahirənin regionda genişlənən münaqişəyə birbaşa cəlb olunması ilə nəticələnə biləcəyi deyilir.
Məlumata görə, Misir parlamenti ordunun Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək verməsini nəzərdə tutan qərarı təsdiqləyib.
Qeyd olunub ki, bu addım İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarının artdığı Yəməndə vəziyyətin gərginləşməsi ilə əlaqədardır:
“Husilərin hücumları təkcə Səudiyyə Ərəbistanı üçün deyil, Misirin strateji maraqları baxımından da narahatlıq doğurur. Belə ki, Yəmən sahilləri yaxınlığında yerləşən Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Süveyş kanalı vasitəsilə həyata keçirilən beynəlxalq dəniz ticarəti üçün mühüm əhəmiyyət daşıyır”.
Tahir Turan
Globalinfo.az





