Dünya · Globalinfo.az

Türkiyədə iş adamı və keçmiş vəzifəli şəxs həbs olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə iş adamı və keçmiş vəzifəli şəxs həbs olundu xəbəri üçün şəkil

Türkiyədə İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində iş adamı Nusret Altınbaş və Türkiyə Kapital Bazarları Şurasının keçmiş şöbə müdiri Erman Çete saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, polis bölməsində ifadələri alınan şəxslər daha sonra məhkəməyə çıxarılıblar. Məhkəmənin qərarı ilə Nusret Altınbaş və Erman Çete barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Türkiyədə fond və birja əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində Altınbaş ailəsinin bütün əmlakına həbs qoyulub. Ötən həftə Nusret Altınbaşın tutulması barədə qərar verilmiş, qardaşı İnan Altınbaş isə saxlanılmışdı.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑