Dünya · Globalinfo.az

Lukaşenkodan açıq etiraf: “Müharibəyə hazırlaşırıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lukaşenkodan açıq etiraf: “Müharibəyə hazırlaşırıq” xəbəri üçün şəkil

“Nə Belarus, nə də Rusiya qərb istiqamətində müharibə istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşü zamanı deyib.

“Biz müharibəyə hazırlaşırıq, amma hər vasitə ilə onun qarşısını almağa çalışırıq.

Buna görə də qərb istiqamətində birgə qoşun qruplaşmamız həmişə lazım olacaq və hazırda da vəziyyəti qaydasındadır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Belarus lideri ölkəsinin müharibə istəmədiyini və sülhün qorunması üçün əlindən gələni edəcəyini söyləmişdi. Onun sözlərinə görə, Belarus müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı ümumi evdir.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑