Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla yekun sülh sazişi imzalamaq üçün yeni Konstitusiya qəbul etməlidir: “Biz bu yolu tutmalı və yeni Konstitusiya qəbul etməliyik”.
Hökumət başçısı bildirib ki, yeni Konstitusiyanın layihəsi tezliklə dərc ediləcək və baxılması üçün parlamentə təqdim olunacaq.
“Biz müxalifətdəki həmkarlarımızı bunun çox vacib və fundamental məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu işə yaramasa, başqa ssenarilər də izləyəcəyik. Məsələn, növbədənkənar seçkilər keçirə bilərik”, - N.Paşinyan söyləyib.
Baş nazir vətəndaşlar qarşısında sülh müqaviləsi imzalamaq və Konstitusiyanı dəyişdirmək öhdəliklərinin olduğunu da bildirib.
Mürtəza





