Dünya · Publika.az

Seçki təhlili: Netanyahu getsə, İsrailin sərt siyasəti dəyişəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Seçki təhlili: Netanyahu getsə, İsrailin sərt siyasəti dəyişəcək? xəbəri üçün şəkil

İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ölkənin liderini dəyişə, lakin regiondakı siyasətinə ciddi təsir göstərməyə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin seçkilərlə bağlı təhlilində qeyd olunub.

Təhlildə bildirilir ki, Baş nazir Benyamin Netanyahunun yenidən qələbə qazanması İsrailin İranla müharibəni daha da genişləndirməsinə səbəb ola bilər. Analitiklərin fikrincə, İsrail siyasətində əsas prioritetlər dəyişməyəcək, İran əsas rəqib olaraq qalacaq və hərbi güc başlıca vasitə kimi istifadə ediləcək.

Netanyahunun keçmiş müşaviri Aviv Buşinski seçkidən sonra vəziyyətin daha da gərginləşə biləcəyini bildirib. Onun sözlərinə görə, İranla bağlı vəziyyət fonunda Fələstin məsələsinin müzakirəsi arxa plana keçir.

Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Yost Hiltermann isə Fələstində məskunlaşan israillilərin zorakılığının artması və fələstinlilərin narazılığının dərinləşməsinin yeni, daha genişmiqyaslı qarşıdurmaya yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑