Avropa ölkələri Ukraynada müharibənin davam etməsinə şərait yaradırlar.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atdığı halda, Avropa ölkələri hərbi əməliyyatların davam etməsi üçün əlindən gələni edir.
Peskov Avropa İttifaqı üzvlərinin mövqeyini uzaqgörənlikdən uzaq adlandıraraq bildirib ki, bu yanaşma böhranın həllinə deyil, daha da uzanmasına gətirib çıxarır.
Kremlin sözçüsü əlavə edib ki, Ukraynaya silah tədarükünün artırılması və Brüsselin sərt ritorikası real danışıqlar prosesinin başlanmasına mane olur. Onun iddiasına görə, ABŞ yeni görüşün keçirilməsinə yardım etməyə çalışsa da, Avropa Kiyevi dəstəkləməkdə davam edir.
Müəllif: Adəm





