Dünya · Konkret.az

Albaniya parlamentində əlbəyaxa dava | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Albaniya parlamentində əlbəyaxa dava | KONKRET xəbəri üçün şəkil

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.

KONKRET.az  “Politics” nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilən iclasında baş verib.

Məlumata görə, müxalif Demokrat Partiyasının deputatı Flamur Noka hakim partiyanın təmsilçilərinin səsvermə kartlarını götürməyə çalışıb. Bundan sonra deputatlar arasında gərginlik yaranıb.

Dava zamanı müxalif deputat Fidel Krekanın keçmiş daxili işlər naziri, hakim Sosialist Partiyasının üzvü Ervin Hocaya əlindəki əşya ilə zərbə vurduğu və onu itələdiyi bildirilir. Parlament mühafizəçiləri tərəfləri ayırmağa çalışıblar.

Qeyd edək ki, Albaniyada Baş nazir Edi Ramanın istefası tələbi ilə hökumət əleyhinə etirazlar davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑