Ukraynanın keçmiş daxili işlər naziri Yuri Luçenko “DumaY” Youtube kanalına verdiyi müsahibədə bildirib ki, keçmiş müdafiə naziri Mixail Fedorov vaxtilə Zaporojyedə qadınlara adi suyu arıqlama vasitəsi kimi satıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Luçenkonun sözlərinə görə, bu sxemdə Fedorovun iki ortağı maliyyə dələduzluğuna görə məhkum edilərək həbsə göndərilib, Fedorov isə məsuliyyətdən yayınıb.
Keçmiş nazir qeyd edib ki, 2000-ci illərin əvvəllərində Ukraynada bu cür qanunsuz biznes sxemləri geniş yayılmışdı.
Bizim.Media
Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





