Dünya · Modern.az

Rusiya 252 hərbçinin meyitini Ukraynaya verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya 252 hərbçinin meyitini Ukraynaya verdi
Rusiya 252 hərbçinin meyitini Ukraynaya verdi

Ukraynaya həlak olmuş 252 nəfərin meyiti qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, meyitlər Ukrayna hərbçilərinə məxsusdur.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərlə iş üzrə qərargahı məlumat yayıb.

Bundan əvvəl Belarusun dövlət agentliyi “BelTA” bu gün “Novaya Quta” sərhəd-keçid məntəqəsində Moskva ilə Kiyev arasında həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsinin aparıldığını bildirmişdi.

Məlumata görə, Rusiya Ukraynaya 252 nəfərin meyitini, Kiyev isə Moskvaya 25 nəfərin meyitini təhvil verib.

Rusiya Müdafiə Nazirliyi hələlik meyit mübadiləsi ilə bağlı məlumatı şərh etməyib.

Rusiya Dövlət Dumasının deputatı, “xüsusi hərbi əməliyyat” məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev isə RBC-yə açıqlamasında Kiyevin Moskvaya 25 nəfərin meyitini təhvil verdiyini təsdiqləyib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑