Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın Zelenskinin vəzifədən getməli olduğu barədə açıqlamasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, kimin prezident olacağına Vaşinqton deyil, Ukrayna xalqı qərar verməlidir.
Bununla yanaşı, Lukaşenko Zelenskinin əvvəllər prezident vəzifəsində yalnız bir müddət qalacağına söz verdiyini xatırladıb. Onun bu vədinə əməl etməli olduğunu vurğulayıb.
“Bu məsələdə Tramp haqlıdır. Söz vermisənsə, vədinə əməl etməlisən. Amma Tramp Ukraynaya necə davranmalı olduğunu diktə etməməlidir”, – Lukaşenko vurğulayıb.
Əliyar Xəlil



