“Moskva ABŞ-ın Ukraynaya yardımını məhdudlaşdıra biləcəyi ilə bağlı məlumatları izləyir, lakin nəticə çıxarmaq hələ tezdir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.
“Bütün bunları diqqətlə qeydə alırıq. Lakin sistemli nəticələr çıxarmaq hələ tezdir. Hələlik yalnız açıq şəkildə səsləndirilən bəyanatlara əsaslanırıq”, – Kreml nümayəndəsi deyib.
Peskovun sözlərinə görə, mediada müxtəlif məlumatlar yayılır:
“Bir tərəfdən ABŞ-ın Ukraynaya yardımının davam etdiyi bildirilir, digər tərəfdən isə Kiyevə məlumat ötürülməsində texniki məhdudiyyətlərin yarandığı barədə açıqlamalar verilir”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevi kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyi barədə xəbərdar etdiyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna generallarına bu barədə amerikalı həmkarları məlumat veriblər.
Günay Rəsulqızı
Globalinfo.az




