Dünya · Globalinfo.az

Rusiya Ukraynanın dərinliklərinə girdi: hər şey bitdi! – Kiselyov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ukraynanın dərinliklərinə girdi: hər şey bitdi! – Kiselyov xəbəri üçün şəkil

“Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Rusiya ordusunun Ukraynada həlledici üstünlük əldə etdiyini deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Vesti” agentliyinə müsahibəsində danışıb.

Kiselyovun sözlərinə görə, döyüş əməliyyatları dərhal başa çatmasa da, münaqişənin gedişində əsas dönüş artıq baş verib. O, hazırkı vəziyyəti İkinci Dünya müharibəsi zamanı Stalinqrad döyüşü və Kursk əməliyyatından sonrakı mərhələ ilə müqayisə edib.

Media rəhbəri iddia edib ki, Rusiya hərbçiləri Ukraynanın ən həssas nöqtələrini, o cümlədən körpüləri, logistika xətlərini və rabitə infrastrukturunu müəyyənləşdiriblər.

“Rusiya kəşfiyyatı artıq Ukraynanın dərinliklərinə sızıblar. Ukrayna üçün hər şey bitib, amma bunun fərqində deyillər”, – deyə o bildirib.

Kiselyov həmçinin Rusiya kəşfiyyatının zərbələrin planlaşdırılması və nəticələrinin qiymətləndirilməsi üçün operativ məlumatlar əldə etdiyini deyib.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑