Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Təbii Sərvətlər Nazirliyinin “Yardım üçün” medalı ilə təltif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rusiya24” kanalı məlumat yayıb.
Belə ki, mükafatı Rusiyanın Baş nazirinin müavini Dmitri Patruşev Kadırova təqdim edib.
Patruşev təltif mərasimi zamanı Çeçenistan rəhbərinə ətraf mühitin mühafizəsi məsələlərinə göstərdiyi diqqətə və bu sahədəki fəaliyyətinə görə təşəkkürünü bildirib.
Tahir Turan
Globalinfo.az




