Gündəm · Globalinfo.az

İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi xəbəri üçün şəkil

Oktyabrın 19-da İsveçrənin SWISS aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

Qeyd olunub ki, “Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.

“Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək”, – məlumatda bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑