Gündəm · Axar.az

İrandan təsdiq gözləyirik - Overçuk

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan təsdiq gözləyirik - Overçuk xəbəri üçün şəkil

İran Rəşt–Astara dəmir yolunun tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin yerli sakinlərdən satın alındığını təsdiqləyib. Rəsmi Moskva bu prosedurun başa çatdığını təsdiqləyən sənədlərin təqdim olunmasını gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə iki ölkənin nümayəndələri arasında keçirilən danışıqların yekunları ilə bağlı açıqlamasında deyib.

“Danışıqlar zamanı fikir mübadiləsi aparılıb. İlk növbədə, “Şimal–Cənub” layihəmizin icra prosesinin son statusu, o cümlədən gələcək Rəşt–Astara dəmir yolunun müvafiq hissəsinin tikintisi müzakirə olunub”, – deyə o qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑