Gündəm · Globalinfo.az

“Sabah” – “Dortmund” oyununa gedənlərin nəzərinə!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” – “Dortmund” oyununa gedənlərin nəzərinə! xəbəri üçün şəkil

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə ödənişsiz avtobuslar təşkil olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

“Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu;

“Qara Qarayev” metro stansiyası – Bakı Olimpiya Stadionu.

Eyni zamanda, oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑