Prezident Ərdoğana yaxınlığı ilə bilinən Erenköy camaatına bağlı Əziz Mahmud Hudayi Vəqfi dövlət əmlakının qanunsuz mənimsənilməsi olayı ilə bağlı açıqlamasında çox sərt ifadələrə yer verib.
Vəqf baş verənlərin bir qəza deyil, nəzarətsizliyin, göz yummanın və himayədarlığın nəticəsi olduğunu bildirib. Açıqlamada “günahkarlar və məsuliyyət sahibləri hesab vermədən heç kim etibardan danışa bilməz”- deyə bildirilib.
Vəqf korrupsiyaya bulaşanların, qul haqqına girənlərin əxlaqdan danışmaq haqqını itirdiyini bildirərək, güc və vəzifə sahiblərinin günahlarına susqun mövqe göstərmənin də əxlaqi dəyərləri çökdürdüyünü vurğulayıb. Eyni zamanda, kimliyindən asılı olmayaraq, vəqf korrupsiyaya bulaşmış insanların qanuna müvafiq olaraq cəzalandırılmasını tələb edib.
Əli TURABOV



